"Araz-Naxçıvan" futbol klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək komandanın ev oyunlarını keçirdiyi "Liv Bona Dea Arena"da əsaslı təmir işlərinin aparılacağını bildirib.

Matc.az xəbər verir ki, bununla əlaqədar olaraq klub Peşəkar Futbol Liqasına alternativ stadion kimi "SOCAR Polymer Arena"nı təqdim edib.

Peşəkar Futbol Liqasının qərarına əsasən "Araz-Naxçıvan" 17-19 aprel tarixlərində baş tutacaq "Turan Tovuz" ilə oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını həmin arenada keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest