çempionlar Liqasında Dortmund "Borussiya"sı üzərində qələbə qazanan (3:1) "Barselona" əvəzində Usman Dembeleni itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçu qarşılaşmanın ilk hissəsində zədələnərək əvəzlənib.

Həkimlərin müayinəsinən sonra Dembelenin 5-6 həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Bu isə o deməkdi ki, hücumçu La Liqanın qarşıdakı 5 turunu buraxacaq. Onlar arasında dekabrın 18-də "Real"la keçiriləcək "El Klasiko" da var.

Dembelenin ən yaxşı halda yanvarın 4-də "Espanyol"la XIX tur matçında iştirak edəcəyi bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest