Unay Emerini istefaya göndərən "Arsenal" yeni baş məşqçi axtarışlarına başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "topçular" yeni çalışdırıcını gələn mövsüm üçün komandaya cəlb etməyi planlaşdırır.

London təmsilçisinin ilk namizədi "Napoli"nin baş məşqçisi Karlo Ançelottidi. İngilislər Neapol klubunda prezidentlə yola getməyən Ançelottinin mövsümün sonuna qədər ayrılacağını düşünür. Digər variantlar isə Nunu Eşpirito Santu və Mikel Artetadı.

Qeyd edək ki, "Arsenal" baş məşqçi postuna müvəqqəti olaraq Emerinin köməkçisi Fredrik Yunberqi təyin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest