"Bu yaxınlarda Bakıya səfər etmişdik. Bu çox yaxşı oldu. Orda qələbə qazanmışıq və yaxşı təcrübə toplamışıq". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib.

Təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində A qrupuna düşdükləri üçün sevindiyini söyləyib. Giqqz seçmə mərhələdə Azərbaycan millisi ilə qarşılaşdıqlarını xatırladaraq, yenidən Bakıya səfər etməyin onlar üçün sevindirici hal olduğunu vurğulayıb: "Qrupda ilk iki oyunumuzu Bakıda keçirəcəyik. Bu səbəbdən orda qalıb bazaya və hava şəraitinə uyğunlaşmaq potensialına sahibik. Azərbaycanla oyun zamanı bazalarını yoxlamaq imkanımız oldu. Orda olduğumuz zaman hər şey möhtəşəm idi. Bakıdakı iki oyunda azərbaycanlılar bizi ikinci ölkəsi kimi qəbul edə bilər".

46 yaşlı çalışdırıcı qrupun son oyununda İtaliyanın ikinci heyətlə mübarizə aparacağına ümid edir: "Romaya səfər etmək və İtaliya ilə oynamaq çətindi. ümid edirəm ki, həmin vaxta qədər 6 xal toplayarlar və bizə qarşı ehtiyat qüvvə ilə oynayarlar. Belədə bizim üçün bir az asan olar. Amma yalnız öz oyunlarımıza nəzər yetirməliyik".

Qeyd edək ki, Uels yığması iyunun 13-də İsveçrə, 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest