Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Proyssen” klubunda baş məşqçi istefası baş verib. Matc.az “sport.de”yə istinadən xəbər verir ki, 3-cü Bundesliqada çıxış edən klub, baş məşqçisi Sven Hübşerlə yollarını ayırıb. 
 
Məsələylə bağlı açqılama verən baş direktor Malte Metselder, Hübşerlə yanaşı, köməkçisi Tobias Helviqin də istefaya göndərildiyini bildirib.
 
“Proyssen” müvəqqəti olaraq U-19 komandasının baş məşqçisi Arne Barezə tapşırılıb.
 
17 oyundan sonra 13 xal toplayan komanda, turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest