İspaniya La Liqasının prezidenti Xavyer Tebas istefa verib. Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İstefası ilə bağlı yerli mətbuata açıqlama verən Tebas 2020-ci ildə keçiriləcək seçkilərdə yenidən namizəd olacağını bildirib.

Qeyd edək ki, Tebas 2013-cü ildən La Liqanın prezidenti idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest