Əfsanəvi Dieqo Armando Maradona ilə birlikdə oynamış son futbolçu da karyerasını başa vurub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət argentinalı qapçı Kristian Munozdan gedir.

Veteran qolkiper 42 yaşında karyerasını başa vurduğunu açıqlayıb. O, artıq toplara əvvəlki kimi reaksiya göstərə bilədiyini söyləyib.

Qeyd edək ki, 1997-ci ildə "Boka Xuniors"a transfer olunan Munoz bir neçə ay Maradona ilə komanda yoldaşı olub. Həmin vaxt Maradonanın 37, Munozun isə 20 yaşı var idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest