"Sabah" Futbol Akademiyası bölgələrdə futbolçu seçimlərinə başlayıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ilk səfər Aran bölgəsinə olub.

Akademiyanın məşqçiləri noyabrın 27-də Salyan, 28-də İmişli, 29-da isə Saatlı rayonlarında seleksiya xarakterli məşqlər keçiblər. Seçimlər 2001-2006-cı il təvəllüdlülər arasında baş tutub. Seleksiya xarakterli məşqlərdə fərqlənənlər qarşıdakı günlərdə Bakıda baş tutacaq növbəti seçimlərdə iştirak edəcəklər.

Məşqlərdə fərqlənənlərə akademiyanın titul sponsoru "Maxi.az" tərəfindən müxtəlif hədiyyələr verilib.

"Sabah" FK-nın bölgələrdə futbolçu seçimi qarşıdakı aylarda davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest