Ukrayna Premyer Liqasında XVII turun oyunları davam edir. Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" növbəti görüşünə çıxıb. Komanda doğma azarkeşləri önündə "Vorskla"nı qəbul edib.

Ukrayna Premyer Liqasında XVII turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" növbəti görüşünə çıxıb.

Komanda doğma azarkeşləri önündə "Vorskla"nı qəbul edib. Meydan sahibləri ikinci hissədə vurduğu 3 cavabsız qolla böyükhesablı qələbə qazanıb (3:0). Qələbədə pay sahibi olan Paşayev 17-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bu qələbə sayəsində xallarının sayını 30-a çatdıran "Aleksandriya" 5-ci pillədəki mövqeyini möhkəmlədib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest