"Arsenal" baş məşqçi axtarışlarını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, London klubu Unay Emerinin gedişi ilə yaranan boşluğa ilk namizədi müəyyənləşdirib.

Bu, hazırda "Mançester Siti"də baş məşqçi Pep Qvardiolanın köməkçisi olan Mikel Artetadı. 37 yaşlı mütəxəssislə danışıqlara artıq start verilib. İspaniyalı məşqçi təklifi müsbət cavablandırmağa hələ tələsmir.

Qeyd edək ki, Mikel Arteta 2011-2016-c illərdə "Arsenal"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest