"çelsi"nin yarımmüdafiəçisi komandasını dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu klubdakı durumundan razı deyil.

Əsas heyətə düşməkdə çətinlik çəkən İspaniya millisinin üzvü Premyer Liqanın başqa komandasına keçə bilər. çünki "Aston Villa" qış fasiləsində onu heyətinə qatmaq niyyətindədi. Pedronun həmçinin çinə köçmək variantı da var.

Qeyd edək ki, Pedro Rodriges "çelsi"yə 2015-ci ildə "Barselona"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest