Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki sonuncu təmsilçisi olan “Qarabağ” da son oyununa çıxıb.

Ağdam təmsilçisi Lüksemburq “Düdelanj”ını qəbul edib və heç-heçəyə razılaşıb. Qrupun digər matçında APOEL “Sevilya” ilə qarşılaşmadan minimal hesabla qalib ayrılıb.

Türkiyənin “Trabzonspor” klubu “Bazel”in, “Beşiktaş” “Vulverhempton”un, “Başakşəhər” isə “Borussiya”nın (Münhenqladbax) qonağı olub. “Trabzonspor” və “Beşiktaş”ın şansı qalmasa da, “Başakşəhər” qələbə qazanacağı halda, pley-off mərhələsinə yüksələcəkdi. İstanbul təmsilçisi bu oyunda əzmkar qələbəyə imza ataraq pley-offa yüksəlib. Digər iki klub isə son oyunda da məğlubiyyətə üzülüb.

Avropa Liqası
12 dekabr

A qrupu

Qarabağ – Düdelanj (Lüksemburq) 1:1
Qol: Qeye, 90+1 – Buqren, 63.

APOEL (Kipr) – Sevilya (İspaniya) 1:0
Qol: Saviç, 61.

Sevilya – 15, APOEL – 10, Qarabağ – 5, Düdean – 4.

B qrupu

Dinamo (Kiyev, Ukrayna) – Luqano (İsveçrə) 1:1
Qol: Tsiqankov, 90+4 – Aratore, 45.

Kopenhagen (Danimarka) – Malmö (İsveç) 0:1
Qol: Papayannapulos, 77-öz qapısına.

Malmö – 11, Kopenhagen, 9, Dinamo – 7, Luqano, 3.

C qrupu

Bazel (İsveçrə) – Trabzonspor (Türkiyə) 2:0
Qol: Vidmer, 21. Stokker, 72.

Xetafe (İspaniya) – Krasnodar (Rusiya) 3:0
Qol: Kabrera, 76. Molina, 78. Kenedi, 86.

Bazel – 13, Xetafe – 12, Krasnodar – 9, Trabzonpor - 1.

D qrupu

LASK (Avstriya) – Sportinq (Portuqaliya) 3:0
Qol: Trauner, 23. Klauss, 38-pen. Raquz, 90+3.

PSV (Hollandiya) – Rusenborq (Norveç) 1:1
Qol: İhattaren, 63 – Helland, 22.

LASK – 13, Sportinq – 12, PSV – 8, Rusenborq – 1.

E qrupu

Renn (Fransa) – Latsio (İtaliya) 2:0
Qol: Qnaqnon, 31; 87.

ÇFR (Rumıniya) – Seltik (Şotlandiya) 2:0
Qol: Burka, 49. Dyokoviç, 70.

Seltik – 13, ÇFR – 12, Latsio – 6, Renn – 4.

F qrupu

Standard (Lyej, Belçika) – Arsenal (İngiltərə) 2:2
Qol: Bastien, 47. Amallah, 69 – Lakazette, 78. Saka, 81.

Ayntraxt (Frankfurt, Almaniya) – Vitoriya (Portuqaliya) 2:3
Qol: Da Kosta, 31. Kamada, 38 – Roşinya, 8. Elmusrati, 85. Edvards, 87.

Arsenal – 11, Ayntraxt – 9, Standard – 8, Vitoriya – 5.

G qrupu

Portu (Portuqaliya) – Feyenoord (Niderland) 3:2
Qol: L.Dias, 14. Malasia, 16-öz qapısına. Soares, 34 – Bottegin, 19. Larsson, 22.

Reyncers (Şotlandiya) – Yanq Boyz (İsveçrə) 1:1
Qol: Morelos, 30 – Barişiç, 89-öz qapısına.

Portu – 10, Reyncers – 9, Yanq Boyz – 8, Feyenoord – 5.

H qrupu

Espanyol (İspaniya) – ÇSKA (Rusiya) 0:1
Qol: Vlaşiç, 84.

Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan) 1:1
Qol: Lukoki, 24 – Skvarka, 90+5.

Espanyol – 11, Ludoqorets – 8, Ferentsvaroş – 7, ÇSKA – 5.

I qrupu

Gent (Belçika) – Aleksandriya (Ukrayna) 2:1
Qol: Depoitre, 7; 16 – Miroşniçenko, 54.

Volfsburq (Almaniya) – Sent-Etyen (Fransa) 1:0
Qol: Otavio, 52.

Gent – 12, Volfsburq – 11, Sent-Etyen – 4, Aleksandriya – 3.

J qrupu

Roma (İtaliya) – Volfsberq (Avstriya) 2:2
Qol: Perotti, 7-pen. Dzeko, 19 – Florensi, 10-öz qapısına. Vaysman, 64.

Borussiya (Münhenqladbax, Almaniya) – Başakşəhər (Türkiyə) 1:2
Qol: Turam, 33 – İ.Kahveçi, 44. Krivelli, 90.

Başakşəhər – 10, Roma – 9, Borussiya – 8, Volfsberq – 5.

K qrupu

Slovan (Slovakiya) – Braqa (Portuqaliya) 2:4
Qol: Şporar, 42. Moha, 70 – Fonte, 44. Trinkao, 72. Bojikov, 75-öz qapısına. Paulinyo, 90+3.

Vulverhempton (İngiltərə) – Beşiktaş (Türkiyə) 4:0
Qol: Jota, 58; 63; 69. Dendonker, 67.

Braqa – 14, Vulverhempton – 13, Slovan – 4, Beşiktaş – 3.

L qrupu

Mançester Yunayted (İngiltərə) – Alkmaar (Niderland) 4:0
Qol: Yanq, 53. Qrinvud, 58; 64. Mata, 62-pen.

Partizan (Serbiya) – Astana (Qazaxıstan) 4:1
Qol: Souma, 4. U.Sadiq, 22; 76. Asano, 26 – Rotariu, 79.

Mançester Yunayted – 13, Alkmaar – 9, Partizan – 8, Astana – 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest