Futbol üzrə İspaniya La Liqasında 17-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

Lider “Barselona” bu turda səfərdə “Real Sosyedad”ın qonağı olub. Kataloniya təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. “Atletiko” bu turda “Osasuna”nı qəbul edib və inamlı qələbəyə sevinib. “Atletik” – “Eybar” matçında qapılara qol vurulmayıb. “Qranada” isə evdə “Levante”yə uduzub.

İspaniya La Liqası
17-ci tur

13 dekabr

Alaves – Leqanes 1:1
Qol: Xoselu, 82 – Breytveyt, 43.

14 dekabr

Qranada – Levante 1:2
Qol: Maçis, 60 – Roşina, 55. Bardi, 89.

Real Sosyedad – Barselona 2:2
Qol: Oyarzabal, 12-pen. İsak, 62 – Qrizmann, 38. L.Suares, 49.

Atletik – Eybar 0:0

Atletiko – Osasuna 2:0
Qol: Morata, 67. Saul, 75.

15 dekabr

15:00 Xetafe – Valyadolid
17:30 Selta – Malyorka
19:00 Espanyol – Betis
21:30 Sevilya – Vilyarreal
00:00 Valensiya – Real

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest