"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo komandadakı durumundan məmnun deyil. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü "qoca sinyora"ya yayda keçsə də, artıq orda qalmaq istəmir.

Rabyo Avropa çempionatı öncəsi müntəzəm əsas heyətdə çıxış edəcəyi kluba keçmək niyyətindədi. Belə bir vaxtda "Arsenal"ın təklifi onun üçün göydəndüşmə ola bilər. "Topçular"ın yeni baş məşqçisi Mikel Arteta ulduz futbolçunun komandaya xeyir verəcəyini düşünür.

Rabyo artıq qış fasiləsində İngiltərəyə köçə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest