İspaniya superkubokunun final oyununda “Atletiko”ya penaltilər seriyasında qalib gələn (4:1) “Real” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, “kral klubu”nun kapitanı Serxio Ramos zədələnib.
 
İspaniyalı müdafiəçi penalti zərbəsini yerinə yetirərkən ayaq biləyini zədələyib. 
 
33 yaşlı futbolçunun 10-15 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest