Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
"Napoli" doğma azarkeşləri qarşısında "Latsio"nu qəbul edib. Görüşdə minimal hesablı qələbə qazanan neapollular turnirdə yarımfinala yüksələn ilk komanda olub.
 
1/4 final mərhələsinin digər görüşü bu gün keçirilib. "Yuventus" bu mərhələdə "Roma" ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda inamlı qələbəyə sevinən Turin təmsilçisi yarımfinala yüksəlib.
 
1/4 finalın digər iki görüşü isə yanvarın 28 və 29-da keçiriləcək. "Milan" "Torino" ilə, "İnter" isə "Fiorentina"yla üz-üzə gələcək.
 
İtaliya kuboku
1/4 final
21 yanvar
 
Napoli – Latsio 1:0
Qol: İnsinye, 2.
 
22 yanvar
 
Yuventus – Roma 3:1
Qol: Ronaldo, 26. Bentankur, 38. Bonuççi, 45+2 – Buffon, 50-öz qapısına.
 
28 yanvar
 
23:35 Milan – Torino
 
29 yanvar
 
23:45 İnter – Fiorentina

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest