Futbol üzrə Albaniya çempionatında 19-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş" də növbəti matçına çıxıb.
	Sözügedən kollektiv səfərdə "Teuta" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Xeyli müddətdi zədədən əziyyət çəkən Eltun bu görüşün iştirakçısı olmayıb. 
	"Biliş" 19 turdan sonra 30 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.
	Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.

            
 

_1762260863.jpg)








_1762210118.jpg)