PSJ-nin ulduz futbolçusu Kilyan Mbappe İtaliya mətbuatına müsahibə verib. Matc.z xəbər verir ki, fransalı oyunçu özünün kumirini açıqlayıb.

"Əgər Fransada doğulmusunuzsa, sizin kumiriniz Zidan olmalıdır. Ancaq Zidanla yanaşı, özümə Kristiano Ronaldonu da örnək alıram. Messi kimi olmaq üçün artıq gecdir. çünki o, indiyə qədər yalnız bir komandada çıxış edib. Mən isə artıq komandamı dəyişmişəm. Ona görə Ronaldonu kumir seçməliyəm" –deyə, Mbappe bildirib.

Qeyd edək ki, fransalı oyunçu bu mövsüm PSJ-də 23 oyun keçirib və 21 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest