Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə “İnter” doğma meydanda “Napoli” ilə qarşılaşıb. Milan təmsilçisi bu rəqiblə ilk oyundan minimal hesabla məğlub ayrılıb və finala çıxmaq şanslarını azaldıb.
 
Digər yarımfinal görüşü “Milan”la “Yuventus” arasında baş tutub. Turin təmsilçisi bu matçda məğlubiyyətdən son anda xilas olub.
 
Yarımfinalın cavab qarşılaşmaları martın 4-5-də keçiriləcək.
 
İtaliya kuboku
Yarımfinalın ilk oyunları
12 fevral
 
İnter – Napoli 0:1
Qol: F.Ruis, 57.
 
13 fevral
 
Milan – Yuventus 1:1
Qol: Rebiç, 61 – Ronaldo, 90+1-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest