U-21 millimizin yarımmüdafiəçisi Arziman Rizvanovun çıxış etdiyi “Avanqard” Ukraynanın II Liqasında növbəti oyuna çıxıb.
 
Matc.az xəbər verir ki, Kramatorsk təmsilçisi “Dnepr”in U-21 komandası ilə qarşılaşıb.
 
Görüş həmyerlimizin klubunun qələbəsi ilə başa çatıb – 3:1. İkinci hissədə meydana çıxan Rizvanov üçüncü qolun ötürməsini verməklə yadda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest