"Tottenhem"in futbolçusu Son Hın Min əməliyyat olunacaq. Matc.az xəbər verir ki, buna səbəb koreyalı hücumçunun sağ əlində sınıq olmasıdır.

Onun zədə səbəbindən bir neçə həftə meydanlardan uzaq qalacağı bildirilir. O, çempionlar Liqasının 1/8 finalında sabah keçiriləcək "Leyptsiq"lə matçda olmayacaq.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 21 matçda 9 qol vurub, 8 assist edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest