"Tottenhem" "Brayton"un mərkəz müdafiəçisi Yan Pol van Hekke ilə müqavilə imzaladığını açıqladı.

"Matc.az" xəbər verir ki, bu barədə məlumatı London klubunun mətbuat xidməti paylaşıb.

İngiltərə təmsilçisi niderlandlı futbolçunu heyətinə qatdığını elan edib. 26 yaşlı müdafiəçi ilə uzunmüddətli rəsmi müqavilə imzalanıb. Müqavilənin təfərrüatları hələ rəsmən açıqlanmasa da, bu transfer üçün 60 milyon avro ödənildiyi bildirilir.

Həmçinin razılaşmaya əsasən, "qağayılar" oyunçunun gələcək satışından 20 faiz pay alacaq.

Təcrübəli müdafiəçi 2025/26 mövsümündə "Brayton"un heyətində bütün yarışlarda 40 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest