Adı Azərbaycan millisi ilə hallanan Abdullah Avcı açıqlama verməkdən imtina edib. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Adı Azərbaycan millisi ilə hallanan Abdullah Avcı açıqlama verməkdən imtina edib. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Məlumata görə, 53 yaşlı mütəxəssis dünən həyat yoldaşı ilə birgə restoranların birində nahar edib. Məkandan ayrılandan sonra həmkarlarımızın Avcı ilə danışmaq istəyi baş tutmayıb. O, açıqlama vermək istəmədiyini bildirib. Jurnalistləri ən çox maraqlandıran məsələ isə hazırda işsiz olan Avcının karyerasını harda davam etdirəcəyidir.

Təxminən bir aydan çoxdur ki, təcrübəli mütəxəssisin  Azərbaycan milli komandasının başına keçəcəyi yazılırdı. Ancaq bu yaxınlarda Türkiyə mətbuatında çıxan xəbərlər görə, o, AFFA-nın təklifini geri çevirib. Buna səbəb kimi Avcının yığmada yox, klubda çalışmaq istməsi göstərilib.

Qeyd edək ki, Abdullah Avcı mövsümə "Beşiktaş"da başlasa da, uğurusuz gedişatın ardından istefaya yollanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest