Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti etimad göstərilib.
 
Matc.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası həmyerlimizi Rusiyanın Sankt Peterburq şəhərində keçiriləcək kişi komandaları arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab oyununa təyin edib.
 
O, "Zenit" (Rusiya) və "Hypo Tirol Alpenvolleys Haching" (Avstriya) matçının supervayzeri olacaq.
 
Qeyd edək ki, matç martın 3-də Sankt Peterburqda "Sibur Arena"da təşkil ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest