Sabah Topaz Premyer Liqasında XII tura start veriləcək. Matç.az saytı xəbər verir ki, iki gün davam edəcək turun bütün qarşılaşmaları Bakıda keçiriləcək.

İlk oyun günü ötən mövsüm kubokun finalında üz-üzə gələn "keşlə" və "Qəbələ" arasında matçla başlayacaq. Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra oyununda irəliləyiş hiss olunan bakılılar qələbə ilə 2 pillə irəliləmək imkanına malikdi. Son 4 turda meydanı qolsuz tərk etməyən Sənan Qurbanovun komandası isə həm mövqeyini qorumaq, həm də ilk "dördlüy"ə yaxınlaşmaq üçün turu itkisiz keçməlidi.

Son illərin dəyişməz çempionu "Qarabağ" "Sabah"ı sınağa çəkəcək. Ən azı bir günlük liderə şərik olmaq üçün Qurban Qurbanovun yetirmələri qalib gəlməlidi. Ardıcıl 3-cü qələbəyə köklənən ağdamlıların rəqibi isə onları büdrətmək niyyətindədi. Son iki turda uduzan Elşad Əhmədovun yetirmələri seriyanı qırmağa çalışacaq.

Əgər debütant sensasiyaya imza ataraq qalib gəlsə, tur qış çempionunun müəyyənləşməsi ilə başa çata bilər. çünki "Qarabağ" uduzsa, "Neftçi" 3 xal qazansa, lider 2018-ci ili zirvədə başa vuracaq. Amma əyalət klubunun nəinki uduzması, xal itkisi də o qədər inandırıcı görünmür.

Ağdamlıların məğlubiyyətini "ağ-qaralar"ı qəbul edəcək "Səbail" də gözləyir. çünki belə olan halda Aftandil Hacıyevin yetirmələri 2-ci sıraya yüksəlmək imkanına malik olacaq. Roberto Bordinin komandası isə izləyicisi ilə fərqin əriməməsi üçün iddialı rəqibini itkisiz keçməlidi.

Tura "Zirə" və "Sumqayıt" arasında görüşlə yekun vurulacaq. Bu matç baş məşqçilər üçün önəm kəsb edir. Ayxan Abbasovun "Sumqayıt"dakı debütü sabiq komandasına qarşı olacaq. Onun rəqibini isə meydana "Zirə"dəki xələfi Samir Abasov çıxaracaq. ötən mövsüm çalışdırdıqları komandaları dəyişən məşqçilər ilk dəfə yeni postlarında üz-üzə gələcək. Turnir cədvəlinin aşağı hissəsində qərarlaşan rəqiblər uğursuzluq zolağından çıxmaq, xal hesabını artırmaq üçün mübarizə aparacaq.

Topaz Premyer Liqası
XII tur
24 noyabr (şənbə)

16:30. "Keşlə" – "Qəbələ"
ASK Arena. Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu

19:00. "Qarabağ" – "Sabah"
Tofiq Bəhramov adına Respublika stadionu. Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov

25 noyabr (bazar)

17:00. "Səbail" – "Neftçi"
Bayıl Arena. Hakimlər: Rauf Cabarov, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov

19:00. "Zirə" – "Sumqayıt"
Dalğa Arena. Hakimlər: Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov

1

Neftçi

11

8

2

1

22-9

26

2

Qarabağ

11

7

2

2

20-12

23

3

Səbail

11

6

2

3

16-11

20

4

Sabah

11

5

1

5

9-15

16

5

Qəbələ

11

3

3

5

15-17

12

6

Sumqayıt

11

3

2

6

11-17

11

7

Keşlə

11

2

3

6

12-15

9

8

Zirə

11

1

3

7

9-18

6

 

Bombardir: Baqali Dabo ("Neftçi") - 6 qol.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest