Xorvatiya Futbol Federasiyası da koronavirus pandemiyası ilə mübarizə üçün maddi yardım edib.
 
Matc.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
 
Bildirilir ki, bu məqsədlə ümumilikdə 550 min avro toplanılıb. Bu məbləğin koronavirusla mübarizə ilə yanaşı, həm də bir neçə gün əvvəl Xorvatiyada baş verən zəlzələdən zərər çəkənlərə kömək məqsədiylə bağışlandığı bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest