"Arsenal"ın sabiq futbolçusu Emmanuel Peti İngiltərə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, o, "Liverpul"un son illərdəki çıxışı ilə bağlı da fikirlərini bölüşüb:

"Keçmiş komanda yoldaşlarıma böyük hörmətim var, amma "Liverpul"un son iki ildə etdikləri başqadır. İndi bütün diqqət onlara yönəlib. Keçən il çempionlar Liqasını qazandılar. Məncə, iki-üç ildir bu cür oynayırlar. "Qırmızılar"ın performansı heyrətamizdir. çox nadir hallarda bu qədər matç qazanan komanda görürsən. "Arsenal" Premyer Liqanı məğlub olmadan qazanmışdı. Bu, tarixə keçmiş bir nəticədir. Ancaq mən "Liverpul"u izləyəndə başqa şeylər hiss edirəm. Onlar həmin "Arsenal"dan daha təsirlidir. Əminəm ki, "topçular"ın azarkeşləri sözlərimdən məmnun olmayacaq. Ancaq mən düzünü deməliyəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest