Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Matç.az saytının məlumatına görə, UEFA Avropa Liqasının E qrupunda “Qarabağ”ın rəqiblərindən biri olan “Sportinq” də növbəti görüşünə çıxıb.

Komanda səfərdə “Lusitano” ilə qarşılaşıb. Görüş Lissabon təmsilçisinin 4:1 hesablı darmadağını ilə yekunlaşıb. Komandanın heyətində Bas Dost dubl edib, Diabi və Fernandes isə hərəyə bir dəfə fərqləniblər.

Bu nəticə ilə “Sportinq” 1/8 finala yüksəlib.

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest