“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Leyptsiq”in hücumçusu Timo Vernerlə görüşəcək. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis həmyerlisini komandasında görmək istəyir.

Məlumata görə, Klopp 24 yaşlı forvardla şəxsən görüşüb onu razı salmağa çalışacaq. Ancaq koronavirus pandemiyası səbəbindən tərəflərin bir araya gəlməsi mümkün deyil. Verner daha öncə Kloppun rəhbərliyi altında çalışmaq istədiyini bildirmişdi

Qeyd edək ki, 24 yaşlı forvard cari mövsümdə “Leyptsiq”də 36 matç keçirib və 24 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest