İngiltərənin "çelsi" klubu futbolçusu Olivye Jiru ilə yeni müqavilə imzalayıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi fransalı hücumçunun sözləşmə müddətini daha 1 il uzadıb.
 
Məlumata görə, 34 yaşlı forvardın komandadan göndərilməsi gündəmdə idi. Ancaq Jirunun əvəzinə heyətə yeni oyunçu alına bilməməsi rəhbərliyi belə bir qərar verməyə məcbur edib. 
 
Qeyd edək ki, Fransa millisinin də aparıcı üzvü olan Olivye Jiru 2018-ci ilin qışından "çelsi"nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest