çempionlar Liqasının (çL) qrup mərhələsində "Benfika" ilə keçirilən oyun "Bavariya" üçün əlamətdar olub. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa təmsilçisi çL-də 450 qol həddini keçib.

Yarımmüdafiəçi Aryen Robbenin ikinci qolu "Bavariya"nın bu turnirdə 450-ci topu kimi tarixə düşüb. Almanlar 5:1 hesablı qələbə ilə ümumi qollarının sayını 453-ə çatdırıb. "Bavariya"nı bu sayda yalnız İspaniya nəhəngləri "Real" (546) və "Barselona" (487) qabaqlayır.

Qeyd edək ki, dünənki görüşdə dubl edən digər futbolçu Robert Levandovski isə çL-də qollarının sayını 51-ə çatdırıb. O, buna 77-ci matçında nail olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest