PSJ-nin qapıçısı Canluici Buffon çempionlar Liqasının qrup mərhələsində "Liverpul"la keçiriləcək oyunu dəyərləndirib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, veteran qolkiper rəqibin hücum xəttini fərqləndirib.

Maraqlıdı ki, Neymar-Mbappe-Kavani "trio"suna malik olsalar da, Buffon ingilislərin hücumçularının daha güclü olduğunu düşünür: "Liverpul" çox güclü komandadı. Xüsusən də, onların hücum xəttini qeyd etmək lazımdı. Salah, Mane və Firmino çox sürətli oyunçulardı. Bu da rəqib qapıçılarını daim gərginlikdə saxlayır. Karyeram boyu ən yaxşı komandalara qarşı özümü sınamaq istəmişəm. Yəqin ki, Avropada "Liverpul"dan güclü hücum xəttinə malik olan komanda yoxdu".

Qeyd edək ki, bu gün keçiriləcək PSJ – "Liverpul" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest