"Ayazla bağlı bundan sonra necə olacağını bilmirəm. Bu, onun özündən asılıdır. Mən Ayazın üstündən xətt çəkməzdim. Bir müddət əvəzedici heyətdə olacaq"

"Spartak"ın (Moskva) baş direktoru Tomas Tsorn azərbaycanlı futbolçu Ayaz Quliyevin əsas komandadan uzaqlaşdırılmasına münasibət bildirib. Matc.az xəbər verir ki, o, yarımmüdafiəçi ilə bağlı qərarın dəyişdiriləcəyini istisna etməyib:

"Ayazla bağlı bundan sonra necə olacağını bilmirəm. Bu, onun özündən asılıdır. Mən Ayazın üstündən xətt çəkməzdim. Bir müddət əvəzedici heyətdə olacaq. Mövsümün bərpasına dörd həftə var. Bu müddətdə nə baş verəcəyini birlikdə görəcəyik. Hələlik Quliyevin iyunun 10-dan "Spartak-2" ilə məşqlərə başlayacağını güman edirik. Şəxsən mən onunla hələ danışmamışam, amma mütləq söhbətimiz olacaq".

Qeyd edək ki, Ayaz Quliyev cari mövsüm "Spartak"ın heyətində Rusiya Premyer Liqasında 11 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest