"Barselona"nın sabiq futbolçusu Viktor Valdesin yeni iş yeri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, keçmiş qapıçı İspaniyanın "Horta" klubuna baş məşqçi təyin olunub. Bu barədə 4-cü liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Valdes, son olaraq "Barselona"nın U-19 komandasına baş məşqçilik edirdi. O, ötən ilin yayında Kataloniya təmsilçisindən ayrılıb.
 
Valdes 2002-2014-cü illər aralığında "Barselona"da oynayıb. O, yetirməsi olduğu klubdan ayrıldıqdan sonra "Mançester Yunayted", "Standard" və "Midlsbro"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest