Dünya çempionu Maqnus Karlsenin 5 turnirdən ibarət onlayn şahmat turunun növbəti - üçüncü seriyası olan "Online Chess Masters"in iştirakçıları açıqlanıb

Dünya çempionu Maqnus Karlsenin 5 turnirdən ibarət onlayn şahmat turunun növbəti - üçüncü seriyası olan "Online Chess Masters"in iştirakçıları açıqlanıb. 
 
Matc.az "Chess24"ə istinadən xəbər verir ki, mükafat fondu 150 min ABŞ dolları olan bu mərhələyə 12 şahmatçı qatılacaq. Yarış 20 iyun - 5 iyulda olacaq. 
 
Turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov da iştirak edəcək. Yarışın qalibi 45 min ABŞ dolları qazanacaq. 
 
Qeyd edək ki, Maqnus Karlsenin bundan əvvəl təşkil etdiyi yarışlarda Azərbaycan şahmatçıları iştirak etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest