Sürixdə keçirilən təşkilatın şura iclasında çıxış edən FİFA prezidenti Canni İnfantino dünya çempionatının keçirilməsi hüquqlarının bir hissəsinin reallaşdırılması təşəbbüsünə görə üzr istəyib.
Matc.az xəbər verir ki, bu barədə "ESPN" nəşri məlumat yayıb.
Bildirilir ki, gündəliyə ABŞ millisinin hücumçusu Folarin Balonqunun DÇ-2026-dakı diskvalifikasiyasının ləğv edilməsi məsələsi də daxil edilib.
Federasiya rəhbəri təşkilatın fəaliyyətinin ən problemli aspektləri barədə yeni məlumatlar və sənədlər təqdim etməyib.
Üç saat yarım davam edən danışıqların yekununda FİFA-nın vitse-prezidenti və İngiltərə Futbol Assosiasiyasının rəhbəri Debbi Hyuitt bildirib ki, İnfantino Avropa futbol funksionerlərinin özəl investisiyaların cəlb edilməsi sxeminə dair yazılı sübutlar təqdim etmək tələbi ilə qarşılaşdıqdan sonra onlara sualları yazılı şəkildə göndərməyi təklif edib.
"Bu şəxs həmin suallara cavab verməlidir. Əgər o, bunlara cavab verməsə, FİFA prezidenti postuna uyğun deyil", - deyə Hyuitt vurğulayıb.
İnfantino görüşü Coşua Kuşnerlə birgə hazırladığı və DÇ-2026-nın finalından 9 gün sonra mediada yayılan özəl kapitalın cəlb edilməsi planının mənfi reaksiya doğurmasına görə üzrxahlıqla açıb.
Qeyd edək ki, İnfantino 26 fevral 2016-cı ildən FİFA-ya rəhbərlik edir. Təşkilatın növbəti rəhbər seçkiləri 2027-ci ilin baharında Mərakeşdə keçiriləcək.













