Türkiyənin "Göztəpə" klubunun futbolçusu Leo Şvehlen Super Liqa təmsilçisindən ayrılıb.
 
Matc.az xəbər verir ki, bu barədə İzmir təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə, 31 yaşlı müdafiəçinin maaşını ala bilmədiyi üçün müqaviləsini birtərəfli qaydada ləğv etdiyi bildirilib.
 
Şvehlen 2019-cu ilin yayından "Göztəpə"də çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest