"Milan" qapıçı Canluici Donnarumma ilə müqavilə yeniləmək niyyətindədir.  Matc.az xəbər verir ki, rəhbərlik 21 yaşlı qolkiperlə sözləşməni 2023-cü ilə qədər artırıla bilər.
 
Bildirilir ki, klub italiyalı qapıçının maaşını da artıracaq.  "Milan" hazırda sözləşmənin uzadılması üçün futbolçunun agenti Mino Rayola ilə danışıqlar aparır. 
 
Qeyd edək ki, Canluici Donnarummanın klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun hər mövsüm üçün 6 milyon avro qazandığı iddia edilir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest