"Zirə Peşəkar Futbol Klubu" MMC 2019-cu ili 57 min manat xalis mənfəətlə başa vurub

"Zirə Peşəkar Futbol Klubu" MMC 2019-cu ili 57 min manat xalis mənfəətlə başa vurub.
 
Matc.az klubun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə təxminən 34% çoxdur.
 
ötən il "Zirə Peşəkar Futbol Klubu"nun əməliyyat gəlirləri 4 milyon manatdan çox (əvvəlki ilə nisbətən təxminən 15% çox), əməliyyat xərcləri 4 milyon manata yaxın (yenə də təxminən 15% çox), fövqəladə xərcləri 5 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmləri isə 14 min manat (təxminən 34% çox) təşkil edib.
 
Bu il yanvarın 1-nə "Zirə Peşəkar Futbol Klubu"nun aktivləri 193 min manat olub ki, bu da illik müqayisədə təxminən 74% çoxdur. Hesabat dövründə Klubun öhdəlikləri 7% artaraq 308 min manata çatıb, balans kapitalındalı çatışmazlıq isə 35% azalaraq 115 min manata düşüb.
 
Xatırladaq ki, "Zirə Peşəkar Futbol Klubu" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. 
 
"Sabah Futbol Klubu" da 2019-cu ili 397 min manat xalis mənfəətlə başa vurub. Halbuki, klub 2018-ci ildən 101 min manat xalis zərərlə çıxmışdı.
 
ötən il "Sabah Futbol Klubu"nun əməliyyat gəlirləri 6,2 milyon manat (əvvəlki ilə nisbətən 3,3 dəfə çox), əməliyyat xərcləri 5,8 milyon manat (3,1 dəfə çox), maliyyə xərcləri 19 min manat (2,4 dəfə çox), məzənnə fərqindən zərəri 19 min manat (2,85 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 37 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
 
Bu il yanvarın 1-nə "Sabah Futbol Klubu"nun aktivləri 911 min manat olub ki, bu da illik müqayisədə təxminən 78% çoxdur. Hesabat dövründə Klubun öhdəlikləri təxminən 1% azalaraq 616 min manata düşüb, balans kapitalındakı 112 min manatlıq çatışmazlıq isə 296 min manatlıq kapitalla əvəz olunub, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 20 min manata çatıb.
 
Xatırladaq ki, "Sabah Futbol Klubu" 2017-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 21 min manatdır. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest