“Futbolda belə şeylər olur: müqavilən başa çatır və komandadan ayrılırsan". 
 
Matc.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Sabah"dan ayrılan futbolçu Rəşad Eyubov deyib. 
 
28 yaşlı yarımmüdafiəçi klubdan ayrılma səbəbini bilmədiyini sözlərinə əlavə edib. Eyubov baş məşqçi Jelko Sopiçin planlarına daxil olmadığını ehtimal edib: "Planda olsaydım, komandada qalardım".
 
Yarımmüdafiəçi hazırda bir neçə təklifinin olduğunu etiraf etsə də, onları açıqlamaq istəməyib: "Tələsmək istəmirəm. Çünki hələ vaxt var. Yəqin ki, bir həftə və ya 10 gün fasilə götürəcəyəm ki, yaxşı fikirləşim. Ondan sonra karyeramla bağlı qərar verəcəyəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest