“Neftçi”dən ayrılan Donald Gerye yenidən “Qarabağ”a qayıdıb.
 
Matc.az xəbər verir ki, bu barədə Haiti millisinin futbolçusu sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O, sabiq komandasına geri döndüyünü açıqlayıb.
 
Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illər ərzində də "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisindən ayrıldıqdan sonra "Neftçi"yə keçmişdi. Gerye "Qarabağ"la ikiqat Azərbaycan çempionu (2018, 2019) olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest