"Araz-Naxçıvan" Urfan Abbasovla yollarını ayırıb.

"Araz-Naxçıvan" Urfan Abbasovla yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Naxçıvan klubu Abbasovla başa çatan müqaviləni yeniləməyib.

Klub rəhbərliyi göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib, karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest