25 İyun 2026, 10:00
DÇ-2026
2026-cı il dünya çempionatının ilk pley-off (1/16 final) cütlüyü müəyyənləşib.
Matc.az xəbər verir ki, qrup mərhələsini ikinci pillədə başa vuran Kanada və Cənubi Afrika yığmaları növbəti mərhələdə üz-üzə gələcək.
İnqlvuddakı "Sou-Fay" stadionunda keçiriləcək bu qarşılaşma iyunun 28-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bu, hər iki komandanın dünya çempionatları tarihindəki ilk pley-off oyunudur. Bu cütün qalibi 1/8 final mərhələsində ya Mərakeş, ya da F qrupunun birincisi (Niderland, Yaponiya və ya İsveç) ilə qarşılaşacaq.
Xatırladaq ki, Cənubi Afrika qrup mərhələsinin son turunda Cənubi Koreyanı sensasiyalı şəkildə məğlub edib, Kanada isə İsveçrəyə boyun əyib.













