"Napoli"nin formasını geyinən Kevin De Bruyne karyerasını Türkiyədə davam etdirmək variantını nəzərdən keçirir. Təcrübəli oyunçuya Türkiyə Superliqasından real təklif var.
Matc.az xəbər verir ki, bu iddianı Türkiyənin "Milliyet" qəzeti irəli sürüb.
Bildirilir ki, "Qalatasaray" belçikalı ulduzu rənglərinə bağlamaq istəyir. İstanbul klubu 34 yaşlı pleymeykerin transferi üçün artıq onun menecerləri ilə ilk danışıqlara başlayıb.
Xatırladaq ki, Kevin De Bruyne 2025-ci ilin yayında "Mançester Siti" ilə yollarını ayırdıqdan sonra İtaliyaya üz tutmuş və azad agent kimi "Napoli" ilə müqavilə imzalamışdı. Belçika yığmasının lideri başa çatan 2025/26 mövsümündə Neapol klubunun heyətində şans qazandığı 21 rəsmi oyunda 5 dəfə fərqlənib və 4 assist müəllifi olub.













