"Real" rəhbərliyi "Komo"da çıxış edən yarımmüdafiəçi Niko Pası geri almaq variantından istifadə etməyi planlaşdırır. Madrid klubu gənc futbolçunu 9 milyon avro ödəyərək heyətinə qaytarmaq niyyətindədir.

Matc.az xəbər verir ki, İspaniya nəhənginin rəhbərliyi bu qərar barədə İtaliya təmsilçisinə məlumat verməyə hazırlaşır. Klub rəsmiləri arasında bu məsələ ilə bağlı bu gün görüşün keçiriləcəyi gözlənilir.

"Real" Niko Pası birdəfəlik transfer etmək istəyəcəyi təqdirdə "Komo"ya 60 milyon avroluq təzminat variantı təklif edəcək. Əgər İtaliya klubu bu məbləği ödəməkdən imtina edərsə, digər komandalar da oyunçu uğrunda mübarizəyə qoşula bilər.

Qeyd edək ki, argentinalı yarımmüdafiəçi ötən mövsüm A Seriyasında meydana çıxdığı 35 matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest