Meksika millisi Çexiyanı 3:0 hesabı ilə məğlub edərək 2026-cı il dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb və mundiallar tarixində iki milli rekord müəyyənləşdirib.

Matc.az xəbər verir ki, FİFA-nın rəsmi saytının yaydığı məlumata görə, Meksika yığması tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsinin hər üç oyununda qələbə qazanıb. Eyni zamanda, Şimali Amerika təmsilçisi 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsinin bütün matçlarında qapısını toxunulmaz saxlamağı bacarıb.

Meksika qrupda keçirdiyi üç oyundan maksimum nəticə – 9 xal toplayaraq pley-offa lider kimi yüksəlib. Komanda Çexiyanı 3:0, Cənubi Koreyanı 1:0, Cənubi Afrikanı isə 2:0 hesabı ilə məğlub edərək turnirdə hələ də qol buraxmayıb.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. İyunun 11-də start götürən turnir iyulun 19-da başa çatacaq. Argentina millisi dünya çempionatının hazırkı qalibidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest