25 İyun 2026, 16:00
FUTBOL
Braziliya millisinin hücumçusu Vinisius Junior dünya çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində Şotlandiya ilə keçirilən oyunda (3:0) qol vurmaqla yadda qalıb.
Matc.az xəbər verir ki, bu barədə "Opta Sports" teleqram kanalı məlumat yayıb.
Bununla da Vinisius dünya çempionatının qrup mərhələsində Braziliya millisinin hər bir matçında qol vurmağı bacarıb. O, Ronaldo və Rivaldodan sonra bunu reallaşdıran ilk braziliyalı futbolçudur.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. İyunun 11-də start götürən turnir iyulun 19-da başa çatacaq.













