Futbol üzrə Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti oyununa çıxıb.
Sözügedən komanda doğma meydanda "Rubin"lə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
"Ufa" 25 oyuna topladığı 32 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


_1774366890.jpg)


_1774361809.jpg)






