"Qarabağ"ın yarımmüdafiəçiləri Xayme Romero və Miçel Azərbaycanı tərk ediblər.
 
Matc.az xəbər verir ki, ispaniyalı legionerlər ölkəsinə yollanıblar.
 
Onlar paytaxtımızdan sifariş etdikləri şəxsi təyyarə ilə ayrılıblar. Romeronun həyat yoldaşı da İspaniyaya yollanıb. Prineyli futbolçuların dönüşü "Qarabağ"ın icazəsi ilə reallaşıb.
 
Futbolçuların Bakıya nə vaxt qayıdacağı dəqiq bilinmir. Bu, Ağdam klubunun hazırlıq planından asılı olacaq (sportinfo.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest