Futbol üzrə İspaniya 2-ci liqasında 37-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Alkorkon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, sabiq komandasına qarşı oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib. Millimizin üzvü 33-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Albasete” hazırda 44 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest